Bank Of Baku

BMT-nin ofisinə hücum olub

BMT-nin ofisinə hücum olub
# 23 oktyabr 2010 14:42 (UTC +04:00)
Bakı – APA. BMT-nin Əfqanıstanın Gerat şəhərində yerləşən ofisinə terrorçular tərəfindən hücum olub. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, polis geyimli dörd nəfərlik dəstənin hücumu zamanı terrorçulardan biri özünü BMT-nin ofisinin girişində partladıb, ikincisi isə polis əməkdaşları tərəfindən öldürülüb. Digər iki terrorçu binaya girsə də, əməliyyat zamanı ofisin daxilində qətlə yetirilib.
Rəsmi məlumatlara əsasən, BMT-nin əməkdaşları və polisdən heç kim xəsarət almayıb.
Qeyd edək ki, «Taliban» hərəkatının nümayəndəsi Yusuf Əhmədi telefonla jurnalistlərlə əlaqə saxlayıb və hərəkatın hücumla bağlı məsuliyyətin öz üzərinə götürdüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR