Bank Of Baku

Həmid Karzay İrandan 975 min dollar pul alındığını təsdiqlədi

Həmid Karzay İrandan 975 min dollar pul alındığını təsdiqlədi
# 25 oktyabr 2010 23:42 (UTC +04:00)
Bakı-APA. Əfqanıstan prezidenti Həmid Karzay etiraf edib ki, onun hökuməti İrandan böyük məbləğdə nağd pul alır, ancaq bu maddi yardımın şəffaf formasıdır.
APA-nın voanews.com saytına isitnadən verdiyi xəbərə görə, Karzay jurnalistlərə açıqlamasında hökumət xərcləri üçün İranın 975 min dollara qədər pul verdiyi deyib. Onun sözlərinə görə, bu maliyyə transaksiyaları gizli olmayıb və ABŞ-dan gələn nağd ödənişlərdən fərqlənmir. Prezident Karzayın açıqlaması The New York Times qəzetində çıxan məqaləyə cavab olub. Qəzet yazmışdı ki, onun qərargahlar rəisi Umar Daudzay Əfqanıstanın prezident sarayında İranın maraqlarını təbliğ etmək üçün İrandan küllü miqdarda pul alıb. Cənab Karzay bildirib ki, Daudzay Əfqanıstan liderinin göstərişi ilə o pulları qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR