Bank Of Baku

İranda ictimai elmlər qadağan edilib

İranda ictimai elmlər qadağan edilib
# 26 oktyabr 2010 03:05 (UTC +04:00)
Bakı-APA. İran universitetlərində ictimai elmlərin tədrisi qadağan edilib.
APA-nın CNNTÜRK agentliyinə istinadən verdiyi xəbərə görə, qadağanın səbəbi kimi göstərilir ki, tədris planının 12 mövzusu "İslami təməllərə uyğun deyil".
Qadağan olanların arasında hüquq, fəlsəfə, psixologiya, siyasət elmi, qadın araşdırmaları və insan haqları da var.
Universitetlər bu elmlər üzrə yeni bölmələr aça bilməyəcək. Hökumət mövcud tədris proqramının məzmununun 70% dəyişdirəcək.
İran hökuməti bildirib ki, bu qərar “universitet sistemini Qərbin təsirindən qurtaracaq”.
İranda 3.5 milyon universitet tələbəsinin 2 milyonu ictimai elmlər sahəsində oxuyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR