Bank Of Baku

Tarik Əziz ölümə məhkum edilib

Tarik Əziz ölümə məhkum edilib
# 26 oktyabr 2010 12:44 (UTC +04:00)
Bakı – APA. İraq Ali Məhkəməsi baş nazirin sabiq müavini Tarik Əzizi ölümə məhkum edib. APA-nın “France-Presse”agentliyinə istinadən verdiyi məlumata görə, T. Əziz siyasi müxalifətin, xüsusən dini partiyaların məhv edilməsində günahkar bilinib.

Səddam Hüseynin yaxın silahdaşları olmuş daha iki nəfər – keçmiş daxili işlər naziri Saadun Şakər və S. Hüseynin şəxsi katibi Abid Hamud da ölüm cəzasına məhkum olunub.
Hökmlər İraq Prezident Şurası tərəfindən təsdiqləndikdən sonra icra ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR