Bank Of Baku

İran parlamentinin sədrinin əleyhinə yazılar yazılmış xüsusi jurnal çap olunub

İran parlamentinin sədrinin əleyhinə yazılar yazılmış xüsusi jurnal çap olunub
# 02 dekabr 2010 12:59 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın sabiq daxili işlər naziri Əli Kordanın yas mərasimində İran parlamentin sədri Əli Laricaninin əleyhinə yazılar yazılmış “Bamdad” (sabah) adlı jurnal paylanıb. APA-nın “shomalnews” a istinadən verdiyi məlumata görə, İranın Mazandaran vilayətinin Sarı şəhərindən olan millət vəkili Ramazan Şücayi Kəsayi bildirib ki, jurnalda bəzi şəxsiyyətlərlə aparılan müsahibədə Əli Laricani son dərəcə təhqir edilib, onun haqqında xoşagəlməz və alçaldıcı sözlər çap edilib.

Qeyd edək ki, mərhum Əli Kordan İran prezidenti Mahmud Əhmədinejadın ilk prezidentliyi dördə ölkənin daxili işlər naziri vəzifəsində çalışıb, onun elmi sənədlərinin saxta olduğu aşkarlanandan sonra İran parlamentinin qərarından sonra işdən azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR