Bank Of Baku

Angela Merkel Əfqanıstana qəfil səfər edib

Angela Merkel Əfqanıstana qəfil səfər edib
# 18 dekabr 2010 13:30 (UTC +04:00)
Bakı - APA. Bu gün Almaniya kansleri Angela Merkel Əfqanıstana qəfil səfər edib. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, səfərdə kansleri müdafiə naziri və qoşun komandanı müşayiət edir.

A.Merkel Əfqanıstanın şimalındakı Qunduz şəhərində yerləşən Almaniya hərbi bazasına baş çəkib. Bu hərbi bazada xidmət edən hərbçilər NATO ölkələrinin birləşmiş kontingentinin tərkibində əməliyyatlarda iştirak edirlər.

A.Merkelin sonrakı planları və səfər qrafiki barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, hazırda 4700 alman hərbi qulluqçu xidmət keçir. Almaniya indiyədək Əfqanıstanda 40 hərbçi itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR