Bank Of Baku

İranda çoxlu sayda qətldə təqsirləndirilən qadın edam olunub

İranda çoxlu sayda qətldə təqsirləndirilən qadın edam olunub
# 20 dekabr 2010 08:00 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA İranda qadınları qətlə yetirməkdə təqsirləndirilən Mihən Qədiri adlı qadın edam edilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o Qəzvin şəhərində müxtəlif qadın qətllərində ittiham olunub. Mihən Qədiri bu gün Qəzvinin mərkəzi cəzaçəkmə müəssisəsinin həyətində, jurnalistlərin iştirakı olmadan edam olunub.
İttihama görə, edam olunan şəxs şəhərdə qadınları tək-tək öz avtomobilinə mindirərək, onlara yemək vasitəsi ilə yuxu dərmanı verib, naməlum istiqamətə apararaq qətlə yetirib. Onun bu yolla 6 qadını qətlə yetirdiyi açıqlanıb. Onun son dəfə qurban kimi seçdiyi 60 yaşlı qadın isə qatilin əlindən qaçıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR