Bank Of Baku

Iraq hökuməti təsdiq olundu

Iraq hökuməti təsdiq olundu
# 21 dekabr 2010 19:17 (UTC +04:00)
Bakı-APA. İraq parlamenti 9 ay davam etmiş durğunluqdan sonra bütün əsas fraksiyalar daxil olmaqla yeni hökumətin tərkibini təsdiq edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, millət vəkilləri baş nazir Nuri əl-Məlikinin təqdim etdiyi nazirlərə bir-bir səs verərək vəzifələrində təsdiqləyib.
Lakin müxtəlif təriqət və etnik qruplardan olan nazirlərin birgə işləyə biləcəyinə dair şübhələr qalmaqdadır.
Daxili işlər, müdafiə və milli təhlükəsizlik nazirlikləri birləşdirilmiş şəkildə fəaliyyət göstərmələrinə davam edirlər, belə ki onların rəhbərlərinə dair razılıq əldə edilməyib.
Özü şiə olan Məliki noyabr ayında ikinci müddətə baş nazir seçilmişdi. O 42 nəfərdən kabinetini bazar ertəsi açıqlamalı idi.
Lakin son dəqiqələrdə rəqib qruplaşmalar arasında mübahisələr buna imkan vermədi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR