Bank Of Baku

Ərdoğan: Bəlkə də son anda bəzi şeylər ola bilər

Ərdoğan: Bəlkə də son anda bəzi şeylər ola bilər
# 22 dekabr 2010 03:19 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Baş nazir Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nümayəndələr Paltasının 1915 il hadisələri ilə bağlı məsələni gündəmə daxil etməsi ehtimalı barədə jurnalistlərə deyib ki, “Biz bir müddət izləyəcəyik. Bu məsələnin gündəmdə olmaması, o demək deyil ki, ümumiyyətlə gündəmə daxil edilməyəcək. Son anda bəzi şeylər bəlkə ola bilər".
APA-nın CNNTURK-ə istinadən verdiyi xəbərə görə, Ərdogan qeyd edib ki, prezident Obama Milad bayramı münasibəti ilə Havay adalarına gedib. “Bizə həmişə Miladı barış deyə izah etdilər, sevgi deyə izah etdilər. Mən inanıram ki, barışı, sevgini müdafiə edənlər bunun arxasında dayanacaqlar”, - o deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR