Bank Of Baku

Livanın baş naziri "Hizbullah" ilə razılığa gəlib

Livanın baş naziri "Hizbullah" ilə razılığa gəlib
# 22 dekabr 2010 18:25 (UTC +04:00)
Bakı-APA. Livanın baş naziri Saad əl-Həriri və "Hizbullah" lideri Həsən Nasrullah arasında razılığa görə baş nazir beynəlxalq məhkəmənin Livanın keçmiş hökumət başçısı Rafiq əl-Həririnin qətli ilə bağlı istintaqın dayandırılmasına çalışacaq.

Beyrutda çıxan "Əd-Diyar" qəzetinin məlumatına əsasən, müvafiq razılaşma Suriya və Səudiyyə Ərəbistanının birgə təşəbbüsü nəticəsində əldə olunub. Təşəbbüs Livanda daxili qarşıdurmaya yol verilməməsinə yönəlib.

Xatırladaq ki, Livanın baş naziri Rafiq əl-Həriri 2005-ci il fevralın 14-də Beyrutda bomba partlaması nəticəsində qətlə yetirilib. Terror aktı nəticəsində daha 22 nəfər həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR