Bank Of Baku

Cənubi Koreya qoşunları Şimali Koreya ilə sərhəddə hərbi təlimlərə başlayıb

Cənubi Koreya qoşunları Şimali Koreya ilə sərhəddə hərbi təlimlərə başlayıb
# 23 dekabr 2010 07:34 (UTC +04:00)
Bakı-APA. Cənubi Koreya bu gün Şimali Koreya ilə sərhəddə hərbi təlimlərə başlayıb. APA-nın məlumatına görə, bu, ölkə tarixində ən irimiqyaslı təlimlərdir. Şimali Koreya rəhbərliyi qonşu dövlətin sərhəd boyunca hərbi təlimlər keçirmək niyyətini pisləyib, lakin buna qarşı hansı addım atacağını açıqlamayıb. Yonpxyöndo adası yaxınlığında tərəflər arasında baş verən silahlı insidentdən sonra Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır. Qeyd olunan silahlı insident dinc əhali arasında itkilərə səbəb olub. Ötən həftə Rusiyanın çağırışlarına rəğmən Cənubi Koreya donanması Yonpxyöndo adası yaxınlığında hərbi təlimlər keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR