Bank Of Baku

Çin avrozonaya yardım təklif edir

Çin avrozonaya yardım təklif edir
# 24 dekabr 2010 00:29 (UTC +04:00)
Bakı-APA. "Biz maliyyə böhranının öhdəsindən gəlməsi və iqtisadi dirçəlişi həyata keçirə bilməsi üçün avrozonaya yardım etməyə hazırıq" - Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Jiang Yu deyib.

Yu əlavə edib ki, avrozona Çinin xarici mübadilə sərmayələri üçün "əsas bazar" olacaq.

Bəzi avrozona ölkələri yüksək borclar ucbatından böhran yaşayır.

Beynəlxalq Valyuta Fondu Avropa İttifaqı ilə birlikdə Yunanıstan və İrlandiya Respublikasının iqtisadiyyatını xilas etmək üçün milyardlarla dollarlıq yardım ayırıblar.

Bu ilin əvvəlində Yunanıstan 110 milyard avro yardım paketini qəbul edib. İrlandiya isə ötən ay 85 milyard avro məbləğində yardım paketi almaq üçün Aİ-ə müraciət etməyə məcbur olub.

Portuqaliyanın da yardım istəyə biləcəyinə dair ehtiyatlanmalar mövcuddur. Bəzi şərhçilər İspaniyanın da yardım istəyə biləcəyini deyirlər.

Çinin böyük xarici valyuta ehtiyatları var və onların çoxu ABŞ dollarındadır.

Jianqın bəyanatından məlum olur ki, ölkə gələcəkdə daha çox avro alacaq.

Bu həftənin əvvəlində Çinin vitse-prezidenti Vang Qishan deyib ki, o BVF və Aİ-nin əziyyət çəkən avrozona ölkələrinə yardımını alqışlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR