Bank Of Baku

Şimali Koreya "müqəddəs müharibə"yə hazırdır

Şimali Koreya "müqəddəs müharibə"yə hazırdır
# 24 dekabr 2010 02:33 (UTC +04:00)
Bakı-APA. Şimali Koreyanın silahlı qüvvələr naziri deyib ki, onun ölkəsi nüvə silahından istifadə edərək "müqəddəs müharibə"yə hazırdır.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbər görə, Kim Yong-Çun deyib ki, Cənubi Koreyanın sərhəd yaxınlığında açdığı atəş onun Şimali Koreya ilə müharibəyə hazırlaşdığını göstərir.
Bu əməliyyat Cənubi Koreyanın tarixində ən böyük təlimlərdir və bura tanklar, vertolyotlar və qırıcı təyyarələr də daxildir.
Şimali Koreya Cənubun Yeonpyeong adasına ötən ay artilleriya zərbəsi endirəndən və bu hadisələr dörd nəfərin ölümü ilə nəticələnəndən sonra iki ölkə arasında gərginlik artıb.
Cənubi Koreya prezidenti Li Myung-Bak isə vəd verib ki, Şimaldan hər hansı hücum gələrsə, dərhal cavab verəcək.
Cənubi Koreya ordusu təlimlərin ölkənin gücünü göstərmək məqsədi daşıdığını etiraf edib.
Cənubi Koreya ötən il 47 hərbi təlim həyata keçirib, amma sonuncu ölkədə keçirilmiş ən böyük təlimlərdir.
Şimal isə Seulun təlimlərini "qızışdırıcı" adlandırsa da, bu vaxtadək cavab zərbəsi ilə hədələməmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR