Bank Of Baku

İranın Məhabad şəhərində 4 terrorçu həbs edilib

İranın Məhabad şəhərində 4 terrorçu həbs edilib
# 24 dekabr 2010 03:05 (UTC +04:00)
Bakı-APA. İranın dövlət mətbuatının bildirdiyinə görə, Məhabad şəhərinin izdihamlı yerlərinə bomba yerləşdirməyə cəhd göstərən 4 terrorçu həbs edilib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, hökumət rəsmiləri onların eyni ailənin üzvü olduğunu bildirib. Şübhəlilərin üçü Məhabad şəhərində, digəri isə şəhəri tərk etməyə çalışarkən ələ keçirilib. İRNA xəbər agentliyi prokuror Səməd Həzrətiyə istinadən bildirib ki, həmin şəxslər Məhərrəm ayının ilk on günü ərzində təxribat törətməyə çalışıb. Sentyabr ayında Məhabad şəhərində keçirilən parad zamanı baş verən partlayış 12 adamın ölümünə səbəb olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR