Bank Of Baku

İtaliya gələn il hərbi kontingentini Əfqanıstandan çıxarmağa başlayacaq

İtaliya gələn il hərbi kontingentini Əfqanıstandan çıxarmağa başlayacaq
# 25 dekabr 2010 14:21 (UTC +04:00)
Bakı – APA. İtaliya artıq gələn ilin yaz aylarında sülhməramlı kontingentini Əfqanıstandan çıxarmağa başlamaq niyyətindədir. APA-nın məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri Franko Frattini bildirib.
Nazirin sözlərinə görə, hərbi kontingentin çıxarılması prosesi tədricən həyata keçiriləcək və 2014-cü ilin sonunadək tam başa çatdırılacaq. Bundan sonra Əfqanıstanda yalnız italiyalı təlimatçılar qalacaq ki, bu mütəxəssislər yerli hərbçilərə və polis əməkdaşlarına təlim keçəcək.
Bununla yanaşı, F.Frattini İtaliya investorlarının da Əfqanıstandakı stabilləşdirmə və bərpa prosesində xüsusi rol oynadığını vurğulayıb. Belə ki, italiyalı iş adamları bu ölkədə mərmər emalı və zəfəran istehsalına kapital yatırıblar.
Xatırladaq ki, Əfqanıstandakı İtaliya hərbi kontingentinin ümumi sayı 2010-cu ildə artırılaraq 4 minə nəfərə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR