Bank Of Baku

NATO-nun Əfqanıstandakı canlı itkiləri bu il 40% artıb

NATO-nun Əfqanıstandakı canlı itkiləri bu il 40% artıb
# 25 dekabr 2010 15:56 (UTC +04:00)
Bakı – APA. Şimali Atlantika Təhlükəsizlik Təşkilatı (NATO) sona çatan 2010-cu ili uğurlu qiymətləndirir, baxmayaraq ki, əvvəlki il ilə müqayisədə təşkilatın Əfqanıstandakı canlı itkiləri artıb. APA-nın məlumatına görə, bu fikri NATO-nun Əfqanıstandakı beynəlxalq təhlükəsizlik qüvvələrinin mətbuat katibi general Cozef Blots səsləndirib.
C.Blotsun sözlərinə görə, 2010-cu il ərzində NATO-nun Əfqanıstandakı canlı itkiləri 200 nəfər və ya 40% artaraq 700-ü keçib. Bununla yanaşı, Əfqanıstan ordusunun sıralarında da itkilər artıb.
Bir qədər önə, Əfqanıstan Müdafiə Nazirliyi rəsmi olaraq 2010-cu ildə öz canlı itkilərin in əvvəlki ilə nisbətən 34% artaraq 800-ü üstələdiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR