Bank Of Baku

Pakistan talibləri Bacaurda baş vermiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüblər

Pakistan talibləri Bacaurda baş vermiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüblər
# 25 dekabr 2010 17:49 (UTC +04:00)
Bakı-APA. Pakistanın şimal-qərbində gün ərzində 80-dən çox insan terror və silahlı toqquşmalar nəticəsində həlak olub.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Əfqanıstan ilə sərhəd yaxınlığında yerləşən Bacaur rayonunda humanitar yardım paylanarkən törədilmiş partlayışda ölənlərin sayı 43 çatıb, 100-dən çox adam yaralanıb. Bu partlayışı paranca ilə üzünü örtmüş intiharçı-terrorçu törədib. Onun sözlərinə, görə hələ aydın deyil terrorçu kişi olub ya da qadın. Bu terror aktına görə məsuliyyəti "Tehrek-e-Taliban” təşkilatı üzərində götürüb.

Qonşu Mohmand rayonunda 40-dan çox insan Pakistan Hava Qüvvələrinin ehtimal olunan yaraqlıların düşərgələrinə endirdiyi bombardman nəticəsində həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR