Bank Of Baku

İranda 3 narkotik qaçaqmalçısı edam edilib

İranda 3 narkotik qaçaqmalçısı edam edilib
# 27 dekabr 2010 08:05 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Xuzistan vilayətinin Əhvaz şəhərində 3 nəfər narkotik qaçaqmalçısı Karun cəzaçəkmə müəssisəsinin həyətində edam edilib. APA-nın “İSNA” ya istinadən verdiyi xəbərə görə, bu barədə Xuzistan vilayətinin prokuroru Məhəmmədbaqir Ülfət məlumat verib. O bildirib ki, edam edilən 3 nəfər narkotik qaçaqmalçılarının bütün əməlləri sübuta yetirilib və bunu onların özləri də etiraf ediblər. Onlar ölkəyə narkotik maddənin gətirilməsi, satışı və saxlaması ilə məşğul olublar. M Ülfət bildirib ki, vətəndaşların ölümünə çalışan bu kimi insanların edam edilməsi sürətlənəcək: “Məhkəmə orqanları bu kimi cinayətkarlar barəsində olan hökmləri birinci növbədə icra edilməsinə qərar verəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR