Bank Of Baku

NBA ulduzu erməniləri məyus etdi

NBA ulduzu erməniləri məyus etdi
# 29 dekabr 2010 03:42 (UTC +04:00)
Bakı-APA. ABŞ ermənilərinin hədə qorxu gəlməsinə baxmayaraq Amerika basketbolunun super ulduzu Kobe Bryant Türk Hava Yollarının təqdimat filminə çəkilərək bu aviaşirkətin rəsmi siması oldu.
APA-nın CNNTURK-ə istinadən verdiyi xəbərə görə,
ermənilər ümid edirdilər ki, Bryant onların təzyiqləri nəticəsində təqdimat filmində çəkilməsindən imtina edəcək. Kobe Bryant videosunu Facebook səhifəsinə qoyaraq təqibçilərinə mesaj verdi: "Türk Hava Yollarının dünya markası təqdimat filminə çəkiləcəyinlə çox qürurluyam".

Türk şirkəti ilə razılaşma imzalayan super ulduz Kobe Bryant 1915-ci il hadisələrini soyqırım kimi Amerika Konqresinin gündəminə sala bilməyən ermənilərin qəzəblərinə tuş gəlib.NBA oyunları zaman ermənilər Kobe Bryanta qarşı mesajlar səsləndirib plakatlar qaldırmışdılar.
Təqdimat filmində Kobe Bryat deyib ki, Türk Hava Yolları 77 ildir ki yüksək keyfiyyətli xidmət göstərir, mükəmməl yeməklər təqdim edir. Los Anceleslilər gələn ilin mart ayında Türkiyəyə birbaşa uçuşlar açılması ilə Türkiyə təbiətinin gözəllikləri ilə tanış ola biləcəklər, tarixi zənginliyini kəşf etmək imkanı eldə edəcəklər.

Xatırladaq ki, THY və basketbol dünyasının ən qiymətli oyunçularından biri olan Kobe Bryant ilə razılaşmaya əsəsən Bryant iki il THY-ın ABŞ və başqa ölkələrdə aviaşirkətin markasının təqdimatını keçirəcək.
Son iki ildə NBA finallarının ən yaxşı oyunçusu seçilən Kobe, eyni zamanda 5 dəfə NBA çempionu olub.
Kobe Bryantın çəkiləcəyi THY-nın təqdimat filmləri 2011-ci ilin ilk 3 ayında Amerika və Uzaq Şərq ölkələri daxil olmaqla 80 dan çox ölkədə televiziya kanallarında nümayiş ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR