Bank Of Baku

İraq hökuməti ölkədə musiqi və teatr sənəti kurslarının tədrisinə qadağa qoyub

İraq hökuməti ölkədə musiqi və teatr sənəti kurslarının tədrisinə qadağa qoyub
# 29 dekabr 2010 11:33 (UTC +04:00)
Bağdad-APA. Bağdad İncəsənət İnstitutunda musiqi və teatr sənəti kurslarının tədrisinə rəsmən qadağa qoyulub. APA-nın məlumatına görə, bununla bağlı İraq Təhsil Nazirliyi bununla bağlı instituta rəsmi təlimat göndərib. Ali təhsil müəssisəsinin dekan müavini Falah əl-Musadi bildirib ki, bu qərar institut üçün ölüm fərmanı deməkdir: “Bu qərar dini partiyaların təzyiqi ilə qəbul olunub, onlar ölkənin yenidən orta əsrlərə qaytarmaq istəyirlər. Bu qadağa gələcəkdə rəssamlıq və heykəltəraşlığa da şamil oluna bilər”.

Xatırladaq ki, İraq hökuməti bu ilin sentyabrında Babildə beynəlxalq mədəniyyət festivalının keçirilməsini təxirə salıb. Bu qərarın da dini partiyaların təzyiqi ilə qəbul olunduğu bildirilir. Hazırda ölkə ərazisində cəmi 5 kinoteatrın fəaliyyətinə icazə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR