Bank Of Baku

İsraildə iri təbii qaz yatağı aşkar edilib

İsraildə iri təbii qaz yatağı aşkar edilib
# 30 dekabr 2010 03:48 (UTC +04:00)
Bakı-APA. İsrailin Aralıq dənizi sahilindəki «Leviafan» yatağında aparılmış kəşfiyyat işləri orada böyük həcmdə təbii qaz ehtiyatlarının olduğunu təsdiq edib. Bu barədə layihənin operatoru ABŞ-ın Noble Energy şirkəti məlumat verib.

İsrail «Leviafan» və onun qonşuluğundakı «Tamar» yataqlarına böyük ümid bəsləyir və enerji asılılığından qurtarmağa çalışır. Təbii qaz ehtiyatları Rusiyanın İsrail bazarına qaz satması planlarının üstündən xətt çəkir.

Noble Energy «Leviafan» ehtiyatlarını 450 milyard kubmetr həcmində qiymətləndirir.

«Bu ehtiyatlar İsraili təbii qazın ixracatçısına çevirə bilərlər», deyə Noble Energy-nin prezidenti Devid Stover bildirib.

Noble Energy-nin «Leviafan»dakı payı 39,66%-dir, İsrailin Delek Energy şirkətini törəmələri Delek Drilling və Avner Oil Exploration hərəyə 22,67% paya sahibdirlər, yerdə qalan 15% İsrailin Ratio Oil Exploration şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR