Bank Of Baku

Yaponiya və ABŞ birgə hərbi təlimlər keçirəcəklər

Yaponiya və ABŞ birgə hərbi təlimlər keçirəcəklər
# 30 dekabr 2010 04:55 (UTC +04:00)
Bakı-APA. Yaponiya və ABŞ 2011-ci ilin əvvəlində iri komanda-qərargah təlimləri keçirmək niyyətindədirlər. Tərəflər Yaponiyanın cənub sərhədlərinin birgə qorunmasını məşq edəcəklər. APA-nın Tokio KİV-nə istinadən verdiyi məlumata görə, təlimlər yanvarın 20-dən fevralın 3-dək keçiriləcək.

Təlimlərdə Yaponiyanın özünümüdafiə qüvvələrinin 4,5 min zabit və əsgərləri, həmçinin 1,5 min ABŞ hərbçisi iştirak edəcəklər. Əməliyyatların idarə olunması Yaponiya Kyusyu adasındakı Kyonqun hərbi bazasından həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR