Bank Of Baku

İranda 7 “Əl-Qaidə” üzvü həbs edilib

İranda 7 “Əl-Qaidə” üzvü həbs edilib
# 30 dekabr 2010 08:20 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Qərbi Azərbaycan vilayətinin cənubundakı Sərdəşt şəhərində “Əl-Qaidə” terror təşkilatının 7 üzvü həbs edilib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, həbs edilən şəxslərin fəaliyyəti 1 ay əvvəldən nəzarətə götürülüb. Onlar yaşadıqları ərazidə vəhhabiliyi təbliğ etməklə sünni-şiə qarşıdurması yaratmağa cəhd göstəriblər.

Həbs edilənlərdən küllü miqdarda qadağan olunmuş ədəbiyyat, vəhhabiliyə və “Əl-Qaidə” terror təşkilatına aid müxtəlif sənədlər aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR