Bank Of Baku

AKP-nin binasına «molotof kokteyli» atıblar

AKP-nin binasına «molotof kokteyli» atıblar
# 30 dekabr 2010 23:27 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Mardin bölgəsinin Dargeçit şəhərində AKP-nin yerli şöbəsinin binasına yandırıcı maddə qarışığı “molotof kokteyli” atıblar. APA-nın CNNTURK-ə istinadən verdiyi xəbərə görə, binada çıxan yanğın qısa müddətə söndürülüb.
Verilən xəbərə görə, Kılavuz küçəsində yerləşən AKP şöbəsinin binasına “molotof kokteyli”-ni şəxsiyyəti məlum olmayan adamlar atıb.
Hadisə nəticəsində ölən və yaralananlar yoxdur, binaya maddi ziyan dəyib.
Polis hadisə ilə bağlı araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR