Bank Of Baku

İsrailə məxsus HHQ Qəzzada iki obyektə hava zərbəsi endirib

İsrailə məxsus HHQ Qəzzada iki obyektə hava zərbəsi endirib
# 04 yanvar 2011 23:39 (UTC +04:00)
Bakı-APA. İsrailin Hərbi Hava Qüvvələri (HHQ) Qəzzanın mərkəzi və cənub hissəsində yerləşən iki obyektə hava zərbəsi endirib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində bir nəfər yaralanıb.
“Əl Quds” radiosu bildirir ki, hava zərbələri Həmasın Deyir-əl-Balah şəhərində yerləşən qərargahına endirilib. Bina tamamilə dağıdılıb, şəhərin sakinləri arasında xəsarət alan olmayıb.
Eyni zamanda İsrail Hava Qüvvələri Misir ilə Qəzza sərhədində qaçaqmalçılıq məqsədi ilə qazılan tunelə də zərbə endirib. Tunel dağıdılıb, bir nəfər xəsarət alıb.

Bir neçə saat əvvəl İsrail mənbələri xəbər veriblər ki, Qəzzadan İsrail ərazisi növbəti dəfə raket atəşinə tutulub, itki yoxdur.
İsrail bildirir ki, 2010 ildə Qəzzadan İsrailin ərazisinə 230-dan çox raket atılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR