Bank Of Baku

Misir xristianları nümayiş keçiriblər

Misir xristianları nümayiş keçiriblər
# 05 yanvar 2011 03:21 (UTC +04:00)
Bakı-APA. Misirin Asyut şəhərinin küçələrində 500-ə yaxın xristian yanvarın birində İsgəndəriyyədə xristianlara qarşı baş vermiş terror aktına etiraz əlaməti olaraq nümayış keçirib.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Misirin ikinci ən böyük şəhəri olan İsgəndəriyyənin Müqəddəslər kilsəsinin qarşısında intiharçı-terorçunun törətdiyi güclü partlayış nəticəsində 23 nəfər həlak olub, 100 nəfər yaralanıb.

Nümayişçilər Misrin hakim partiyasının binası qarşısına toplaşaraq xristianların müdafiəsini təmin etməyi tələb ediblər. Nümayiş zamanı polislə toqquşmalar baş verib.
Bu cür etiraz aksiyaları Qahirədə və İsgəndəriyyədə də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR