Bank Of Baku

KXDR Cənubi Koreyaya ön şərtsiz danışıqlara başlamağı təklif edib

KXDR Cənubi Koreyaya ön şərtsiz danışıqlara başlamağı təklif edib
# 05 yanvar 2011 20:41 (UTC +04:00)
Bakı-APA. KXDR iki ölkə arasındakı böhranı çözmək üçün Cənubi Koreyaya ön şərtsiz danışıqlara başlamağı təklif edib.

«Biz ehtiramla Cənubi Koreyanın siyasi partiya və təşkilatları, o cümlədən hakimiyyəti ilə geniş miqyaslı danışıqlar keçirməyi təklif edirik», deyə Şimali Koreyanın STAK agentliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatın mətni Şimali Koreya hökumətinin ölkənin siyasi partiyaları və ictimai təşkilatları ilə görüşündə razılaşdırılıb.

Koreya yarımadasında vəziyyət ötən il noyabrın 23-də KXDR hərbçilərinin Cənubi Koreyaya məxsus Yonpxendo adasını atəşə tutmasından sonra gərginləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR