Bank Of Baku

Şimali Koreya Cənubi Koreyanı rəsmi olaraq dialoqa çağırıb

Şimali Koreya Cənubi Koreyanı rəsmi olaraq dialoqa çağırıb
# 08 yanvar 2011 07:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla sülh yolu ilə birləşmə komitəsi çıxış edib. Şimali Koreya danışıqlara başlamaq üçün heç bir ilkin şərt irəli sürməyib. Bir neçə gün əvvəl rəsmi Pxenyan cənub qonşularını ali səviyyədə danışıqlara başlamağa çağırsa da, Seul bu çağırışı cavabsız qoyub. Xatırladaq ki, iki ölkə arasında münasibətlər Enpxendo adasında baş verən münaqişədən sonra yenidən gərginləşib. Adada iki ölkənin hərbi birləşmələri arasında baş verən insident insan ölümünə səbəb olub. Hər iki tərəf bir-birini atəşkəs rejimini pozmaqda ittiham edib. Bundan başqa rəsmi Pxenyan Cənubi Koreya Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlimlərdən narahatlığını dəfələrlə bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR