Bank Of Baku

İraq şiələrinin lideri tərəfdarlarını ABŞ-a qarşı mübarizəyə çağırıb

İraq şiələrinin lideri tərəfdarlarını ABŞ-a qarşı mübarizəyə çağırıb
# 08 yanvar 2011 13:44 (UTC +04:00)
Bakı - APA. İraq şiələrinin lideri Müqtəda əs-Sədr tərəfdarlarını ABŞ-a qarşı istənilən vasitə ilə mübarizə aparmağa çağırıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, Müqtəda əs-Sədr bildirib ki, ABŞ, İsrail və Böyük Britaniya iraqlıların ümumi düşmənidir və hamı işğalçılara qarşı mübarizə aparmalıdır.

Müqtəda əs-Sədr əlavə edib ki, mübarizə aparmaq mütləq güc yolundan istifadə etmək lazım deyil: “İraqlılar bir-birini də öldürməməlidirlər”.

Qeyd edək ki, bu, Müqtəda əs-Sədrin İraqa qayıtmasından sonra ilk bəyanatıdır. O, ruhani təhsil aldığı İrandan İraqa 2011-ci il yanvarın 5-də qayıdıb. Onun yaratdığı “Mehdi Ordusu” 2003-2008-ci illərdə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı aktiv silahlı müqavimət göstərib. Pentaqon 2006-cı ildə Müqtəda əs-Sədri İraqda stabillik üçün ən təhlükəli şəxslər sırasında göstərib. ABŞ onun tərəfdarlarını minlərlə sünni ərəbi öldürməkdə də günahlandırıb.

Müqtəda əs-Sədr 2007-ci ildə İrana gedib, 2008-ci ildə isə tərəfdarlarını silahı yerə qoymağa çağırıb. Şiə lideri ABŞ və koalisiya qüvvələrinə qarşı aktiv fəaliyyəti dayandırsa da, “Mehdi Ordusu” buraxılmayıb və hələ də İraqda böyük nüfuza malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR