Bank Of Baku

Hindistanda dini bayram şənliklərində 100-dən çox insan ölüb

Hindistanda dini bayram şənliklərində 100-dən çox insan ölüb
# 15 yanvar 2011 12:38 (UTC +04:00)
Bakı – APA. Hindistanın cənubunda yerləşən Kerala ştatında bayram şənlikləri zamanı yaranmış basırıqda 104 nəfər ölüb. Hadisə ilə bağlı yerli hakimiyyət üçgünlük matəm elan edib.

APA-nın məlumatına görə, hadisə ötən gün gecə dini bayramın qeyd olunması zamanı baş verib. Basırıq taksi sürücüləri arasında müştərilərə görə yaranmış münaqişə nəticəsində baş verib. Sürücülərdən biri avtomobilini insan kütləsinin üstünə sürüb. Hadisə ilə bağlı araşdırmalar aparılır, ölənlərin ailələrinə isə kompensasiya ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR