Bank Of Baku

Almaniya Tunisdə sabitliyin bərpa olunması üçün istənilən yardıma hazır olduğunu bəyan edib

Almaniya Tunisdə sabitliyin bərpa olunması üçün istənilən yardıma hazır olduğunu bəyan edib
# 15 yanvar 2011 15:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Almaniya kansleri Anqela Merkel Tunisin müvəqqəti hökumətini ölkədə sabitliyin yaranması və demokratik ənənələrin inkişaf etdirilməsi üçün zəruri addımlar atmağa çağırıb.

APA-nın məlumatına görə, Almaniya hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, A.Merkel Tunisin yeni baş naziri Mühəmməd əl-Qannuşiyə ünvanladığı məktubda Almaniyanın bu istiqamətdə istənilən yardıma hazır olduğunu da söyləyib: «Etiraz edən insanlarla bir olun və əsl demokratiyanı qurun. İnsan haqlarına, mətbuat və sərbəst toplaşmaq azadlığına xüsusi diqqət ayırın».
Qeyd edək ki, bir neçə gün əvvəl Tunisdə baş verən iğtişaşlar nəticəsində Tunis prezidenti Zin əl-Abidin ben Əli ölkəni tərk edib. Baş nazir Mühəmməd əl-Qannuşi müvəqqəti olaraq prezidentin səlahiyyətlərini öz üzərinə götürüb. Hökumət başçısının səlahiyyətləri isə parlamentin spikerinə həvalə olunub.
Aksiyalarla əlaqədar olaraq ölkə ərazisində fövqəladə vəziyyət elan olunub. İğtişaşlar nəticəsində ölkədə 60-dan çox insan həlak olub, yüzlərlə şəxs yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR