Bank Of Baku

Hind okeanında dəniz quldurları daha bir yük gəmisini ələ keçirib

Hind okeanında dəniz quldurları daha bir yük gəmisini ələ keçirib
# 15 yanvar 2011 16:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Cənubi Koreyaya məxsus yük gəmisi Hind okeanında dəniz quldurları tərəfindən ələ keçirilib.

APA-nın “Renxap” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, bu gün “Samho Jevelri” gəmisinə hücumla bağlı məlumat səhər saatlarında müşahidə məntəqəsi tərəfindən qəbul olunub. Tankerdə 21 gəmi heyəti var və onların 8-i Cənubi Koreya, 2-si İndoneziya, 11-i isə Myanmadan olan dənizçilərdir.

Hazırda gəmi ilə 11 tonluq kimyəvi məhsul daşınır. Gəminin Somali quldurları tərəfindən tutulduğu ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR