Bank Of Baku

Srebrenitsa soyqırımı zamanı 1200 müsəlmanı güllələyən serb Aleksandr Çvetkoviç İsraildə həbs olunub

Srebrenitsa soyqırımı zamanı 1200 müsəlmanı güllələyən serb Aleksandr Çvetkoviç İsraildə həbs olunub
# 18 yanvar 2011 13:24 (UTC +04:00)
Tel-Əviv-APA. 1995-ci ildə Bosniyada müsəlman əhalinin kütləvi qırğınında iştirak etməkdə şübhəli bilinən Aleksandr Çvetkoviç İsraildə həbs olunub. APA-nın məlumatına görə, həbs Bosniya-Herseqovinanın tələbi əsasında həyata keçirilib. Çevtkoviçin 1995-ci ilin iyulunda 1200 müsəlmanı güllələmiş 8 serbdən biri olduğu güman edilir. Srebrenitsa soyqırımında ümumilikdə 8 min müsəlman vəhşicəsinə qətlə yetirilib. Aleksandr Çvektoviçin Bosniya-Herseqovinaya təhvil verilməsi məsələsi dəqiqləşməyib. 2006-cı ildə yəhudi qadınla evlənən Çvetkoviç İsrail vətəndaşlığını qəbul edib. Bu ölkə isə bir qayda olaraq öz vətəndaşlarını başqa dövlətlərə təhvil vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR