Bank Of Baku

Misir müvəqqəti olaraq Vatikan ilə diplomatik əlaqələrini kəsib

Misir müvəqqəti olaraq Vatikan ilə diplomatik əlaqələrini kəsib
# 20 yanvar 2011 17:53 (UTC +04:00)
Bakı-APA. Misir höküməti müvəqqəti olaraq Vatikan ilə diplomatik əlaqələrin dayandırılmasını elan edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Misir bu qərarı Roma Papası XVI Benediktin Misir müsəlmanlarının Yaxın Şərqdə yaşayan dini azlıqlara qarşı ayrı-seçkilik tətbiq etməsi barədə verdiyi bəyanatdan sonra qəbul edib.
Kecən həftə Misir öz səfirini "məsləhətləşmələr aparmaq üçün" Vatikandan geri çağırıb. Buna səbəb Benediktin Yaxın Şərq ölkələrinin hökumətlərini “bütün çətinliklərə və təhdidlərə” baxmayaraq dini azlıqları qorumaq istiqamətində effektiv tədbirlər görməyə çağırışı idi.
Misir bu müraciəti “öz daxili işlərinə müdaxilə” kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR