Bank Of Baku

Dünya liderləri İranın nüvə proqramını müzakirə etmək üçün Türkiyəyə toplaşır

Dünya liderləri İranın nüvə proqramını müzakirə etmək üçün Türkiyəyə toplaşır
# 20 yanvar 2011 23:17 (UTC +04:00)
Bakı-APA. Dünya liderləri İranın mübahisəli nüvə proqramı ətrafında danışıqlar aparmaq üçün Türkiyəyə toplaşır.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, İran müzakirəyə çıxarılacaq məsələlər barədə müxtəlif açıqlamalar verib. Bəzi yüksək səviyyəli rəsmiləri İranın “nüvə dosyesi”ni müzakirə etməyəcəyini bildirmişdi. Başqaları isə İranın yalnız nüvə reaktorunu işlətmək məqsədi ilə nüvə yanacağının mübadiləsi məsələsi ətrafında danışıqlar aparacağını deyiblər.

Cümə və şənbə günləri keçiriləcək görüşlərdə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya iştirak edəcək. ABŞ nümayəndə heyətinə Dövlət katibinin yardımçısı Vilyam Börns başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR