İran Xarici İşlər Nazirliyi Hollandiyaya rəsmi etirazını bildirib

İran Xarici İşlər Nazirliyi Hollandiyaya rəsmi etirazını bildirib
# 31 yanvar 2011 07:31 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran Xarici İşlər Nazirliyinin Xaricdə yaşayan iranlıların işləri ilə bağlı şöbəsinin müdiri Hollandiyanın Tehrandakı səfirinə öz etirazını bildirib. APA-nın “İrinn” agentliyinə istinadən verdiyi məlumata görə, iranlı diplomat Hollandiyanın İranın daxili işlərinə müdaxilə etməsinin qəti surətdə yolverilməz olduğunu bildirib: “Hollandiya xarici işlər nazirinin İranda narkotik maddələrinin satışı, yayımı və istehsalı ilə məşğul olan cinayətkarları himayə etməsi İranın daxili işlərinə müdaxilə deməkdir. Biz buna qəti surətdə etiraz edirik. İranın məhkəmə sistemi tam müstəqildir və qanun hamı üçün birdir. Xarici dövlətlərin ölkəmizdə cinayətkarları, narkotik qaçaqmalçılarını himayə etməsi qəbuledilməzdir”.

Qeyd edək ki, Hollandiya vətəndaşı olan Zəhra Bəhrami yanvarın 29-da İranda edam olunub. Z. Bəhraminin həm də İran vətəndaşlığı olub. İran mətbuatının yazdığına görə, o, 2009-cu ilin dekabrında 1 kilodan artıq narkotik vasitə ilə birgə yaxalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR