Bank Of Baku

ABŞ Türkiyə şirkətlərini ”qara siyahı”ya salıb

ABŞ Türkiyə şirkətlərini ”qara siyahı”ya salıb
# 01 fevral 2011 19:57 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Maliyyə Nazirliyi İranın raket sənayesinin inkişafına maddi yardım göstərdiyinə görə, 6 nəfər İran və Türkiyə vətəndaşını və bu ölkələrə məxsus 5 şirkəti ”qara siyahı”ya salıb.

APA-nın CNNTürk-ə istinadən verdiyi xəbərə görə, nazirliyin açıqlamasında bildirilir ki, dəstək İranın raket sistemlərinin inkişafı ilə məşğul olan Aviasiya və Kosmik Sənaye Təşkilatına göstərilib.

2007-2008 illərdə bu təşkilatla 7 milyon dollardan artıq ticarət əməliyyatları aparılıb.

Açıqlamada bildirilir ki, İranın bu təşkilatı polad və alüminium daxil olmaqla müxtəlif metaldan quraşdırılmış məhsullarla təmin olunub.

ABŞ Maliyyə Nazirliyini qeyd edir ki, sanksiyalar tətbiq olunan şəxslər və şirkətlər ilə Amerika şirkət və vətəndaşlarının ticarət əlaqələri qurması qadağan olunur və onların ABŞ banklarındakı bütün aktivləri dondurulacaq.
Maliyyə Nazirliyinin açıqladığı siyahıda iki Türkiyə vətəndaşı və mərkəzi İstanbulda olan üç ticarət müəssisəsinin adı çəkilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR