Bank Of Baku

Yəmən prezidenti növbəti seçkilərdə iştirakdan imtina etdiyini açıqlayıb

Yəmən prezidenti növbəti seçkilərdə iştirakdan imtina etdiyini açıqlayıb
# 02 fevral 2011 10:04 (UTC +04:00)
Bakı-APA. Yəmən prezidenti Əli Abdulla Saleh növbəti prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini açıqlayıb. APA-nın məlumatına görə, dövlət başçısı bildirib ki, hakimiyyəti oğluna ötürmək niyyəti də yoxdur. Xatırladaq ki, bir müddətdir Yəməndə prezidentin istefası tələbləri ilə kütləvi aksiyalar keçirilir. Aksiyalar Tunisdə prezident Zeynəl Abidin ben Alinin hakimiyyətdən devrilməsindən sonra başlayıb. Abdulla Saleh 1978-ci ildən hakimiyyətdədir. 1987-ci ildə Yəmən Ərəb Respublikasına rəhbərlik edən Abdulla Saleh Yəmən birləşdikdən sonra Prezident Şurasının sədri seçilib. 1999-cu ildə prezident seçkilərində qalib gələn Abdulla Saleh 2006-cı ildə ikinci dəfə bu posta seçilib. Onun prezident səlahiyyətlərinin müddəti 2013-cü ildə başa çatır. Yəmən ən kasıb ərəb dövlətlərindən biridir. Ölkədə işsizlik səviyyəsi 35 faizdir, əhalinin yarıdan çoxunun gündəlik gəliri 2 dollardan azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR