Bank Of Baku

İranın Kirman vilayətində sel fəlakəti baş verib, 6 min nəfər evakuasiya olunub

İranın Kirman vilayətində sel fəlakəti baş verib, 6 min nəfər evakuasiya olunub
# 02 fevral 2011 11:16 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Kirman vilayətində 3 gün davam edən güclü yağışlar nəticəsində Rigan məntəqəsində 50 kənd, eləcə də Rigan şəhəri sel sularına qərq olub. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, güclü yağışların yağması nəticəsində vilayətdə bütün su bəndləri sıradan çıxıb, evlərin damları dağılıb, sel suları evləriyarasız hala salıb. Kirman vilayət rəhbərinin müavini Mənsur Hüseynpur 6 minə yaxın vətəndaşın fəlakət bölgəsindən evakuasiya olunduğunu deyib: “Son vaxtlar vilayətdə ard-arda baş verən zəlzələlərdən sonra baş verən sel bir çox problemlər yaradıb. Vətəndaşlara çadır çatdırmaq imkanı olmayıb bu gecəni açıq havada keçiriblər”. Təbii fəlakət nəticəsində vilayətə küllü miqdarda maddi ziyan dəyib. Rigan şəhərinin yarıdan çoxu sel suları altında qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR