Bank Of Baku

İran XİN: ABŞ-ın Misir vətəndaşlarının qiyamının qarşısını almaq səyi islam ümmətinin qəzəbinə səbəb olacaq

İran XİN: ABŞ-ın Misir vətəndaşlarının qiyamının qarşısını almaq səyi islam ümmətinin qəzəbinə səbəb olacaq
# 03 fevral 2011 08:45 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “ABŞ-ın Misirin daxili işlərinə müdaxilə etməsi aydın şəkildə görünür. Amerikanın Misir vətəndaşlarının böyük hərəkatının qarşısını almaq səyi islam ümmətinin, eləcə də Misir əhalisinin qəzəb və nifrətinə səbəb olacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst deyib. O bildirib ki, Amerika Misirdə ara qarışdırmaq və yeni hiylələrin təşkili üçün özünün bu ölkədəki sabiq səfirini Qahirəyə göndərib: “Misirdə ara qarışdırmaq, millətləri bir-binə qarşı qoymaq, eləcədə dövlətlərin daxili işlərinə müdaxilə etmək ABŞ-ın layihələridir. Bu, İranın da tarixində baş verib. Bizim millət ABŞ-ın bu kimi hiylələrini yaxşı anlayır. Misir vətəndaşları xarici qüvvələrin müdaxiləsinə imkan verməməlidirlər. Öz ayıq-sayıqlıqlarını qorumalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR