Bank Of Baku

Yəmən paytaxtında prezidentin istefası tələbilə aksiyalar davam edir

Yəmən paytaxtında prezidentin istefası tələbilə aksiyalar davam edir
# 03 fevral 2011 10:58 (UTC +04:00)
Bakı-APA. Yəmənin paytaxtı Sənada kütləvi aksiyalar davam edir. APA-nın məlumatına görə, aksiyalarda on minlərlə insan iştirak edir. Onların arasında mövcud hakimiyyətin əleyhdarları kimi, tərəfdarları da var. Ölkədə hökumət əleyhinə aksiyalar Tunis və Misirdə baş verən hadisələrdən sonra – yanvarın 27-də başlayıb. Aksiya iştirakçıları 30 ildən artıqdır hakimiyyətdə olan prezident Ali Abdulla Salehin istefasını tələb edirlər.

Abdulla Saleh dünən mitinq iştirakçılarının tələblərini qəbul edərək növbəti seçkilərdə namizəd olmayacağını açıqlayıb. Bundan başqa prezident bu posta oğlunun namizədliyini irəli sürməyəcəyinə, eyni şəxsin prezident seçilmə müddətinin məhdudlaşdırılacağına söz verib. Ölkədə növbəti prezident seçkiləri 2013-cü ildə keçirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR