Bank Of Baku

İranın Kirman vilayətinin 14 şəhəri sel altında qalıb, 2 nəfər ölüb

İranın Kirman vilayətinin 14 şəhəri sel altında qalıb, 2 nəfər ölüb
# 03 fevral 2011 12:30 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Kirman vilayətində sel suları 6 mindən çox evi yerlə yeksan edib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, daşqınlar vilayətin yarıdan çoxunu iflic vəziyyətinə salıb. 116-dan çox kəndi su basıb. Nərmaşir, Rigan, Fəhrəc, Ciraft, Ənbərabad, Rudbar, Kəhnuc, Qalagənc, Mənucan, Babək, Zərənd, Kirman və digər böyük şəhərlər təbii fəlakətdən ciddi zərər çəkib. Əhali təhlükəsiz yerlərə aparılıb. Ölənlərin sayının 2 nəfər olduğu bildirilsə də, itkin düşənlər barədə məlumat verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR