Bank Of Baku

Yəmənin paytaxtında müxalifət və hökumət tərəfdarlarının təşkil etdikləri nümayişlər dinc başa çatıb

Yəmənin paytaxtında müxalifət və hökumət tərəfdarlarının təşkil etdikləri nümayişlər dinc başa çatıb
# 03 fevral 2011 23:45 (UTC +04:00)
Bakı-APA.On minlərlə hökumət tərəfdarları və əleyhdarları Yəmən paytaxtı Sənanın bir neçə bölgəsində nümayiş keçiriblər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, nümayişlərin zorakılıq hərəkətləri baş vermədən dinc şəkildə sona çatıb. Bu nümayişlər prezidentin hakimiyyəti 2013-cü ildə tərk etməyə söz verməsindən sonraya təsadüf edir.
Müxalifət tərəfdarları bu günü "qəzəb günü" elan ediblər və keçirdikləri nümayişdə ölkə başçısını istefaya çağırıblar. Prezident Əli Abdullah Salehin əleyhdarları Səna Universitetində nümayiş keçiriblər. Bu nümayiş, yanvar ayının ortalarından indiyədək Salehə qarşı təşkil edilən ən iri miqyaslı nümayiş olub. Həftələrlə davam edən nümayişlərin ən izdihamlısının təşkilatçıları Tunis və Misirdəki nümayişlərdən ilham aldıqlarını deyib.
Salehin tərəfdarları hökumət əleyhinə nümayişçilərin ölkədə stabilliyi pozduqlarını deyərək Səna şəhərinin mərkəzində əllərində bayraqlarla nümayiş keçirib. 32 il Yəmənə rəhbərlik etmiş Saleh nümayişlərə artıq son qoyulmasına çağırıb.
Yəmənin Ədən şəhərindən şahid ifadələrinə əsasən verilən xəbərlərdə isə zorakılıqların baş verdiyi, polisin hökumət əleyhinə nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə etdiyi və nəticədə iki adamın yaralandığını bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR