Bank Of Baku

İraqdan Türkiyəyə uçan təyyarə qəzaya uğrayıb

İraqdan Türkiyəyə uçan təyyarə qəzaya uğrayıb
# 05 fevral 2011 13:10 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. İraqın şimal-şərqində aviaqəza baş verib. APA-nın bu ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı məlumata görə, hadisə Süleymaniyyə şəhərindəki hava limanında qeydə alınıb. Türkiyəyə uçan sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra yerə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Təyyarənin Türkiyənin paytaxtı Ankara şəhəri istiqamətində hərəkət etdiyi və sərnişinlərin arasında xarici vətəndaşların da olduğu qeyd edilir. Hadisə zamanı təyyarədə olanların ümumi sayı və təyyarənin markası barədə məlumat verilmir. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR