Bank Of Baku

Pakistanda avtobus yük avtomaşını ilə toqquşub, 18 nəfər ölüb

Pakistanda avtobus yük avtomaşını ilə toqquşub, 18 nəfər ölüb
# 05 fevral 2011 14:07 (UTC +04:00)
Bakı – APA. Bu gün Pakistanın cənubunda sərnişin avtobusu və yük avtomaşını toqquşub. Hadisə nəticəsində ən azı 18 nəfərin öldüyü bildirilir.

APA-nın məlumatına görə, avtomobil qəzası Sindx əyalətinin Heydərabad şəhəri yaxınlığında baş verib. Yerli hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, avtobusda ümumilikdə 22 sərnişin olub.

İlkin məlumatlara görə, qəzaya avtobus sürücüsü tərəfindən avtomaşını yüksək sürətlə idarəetməsi səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR