Bank Of Baku

Senator Con Makkeyn: «Mübarəkin artıq getmək vaxtı çatıb»

Senator Con Makkeyn: «Mübarəkin artıq getmək vaxtı çatıb»
# 05 fevral 2011 14:20 (UTC +04:00)
Bakı- APA. Amerikalı senator Con Makkeyn Misirin prezidenti Hüsni Mübarəki istefa verməyə çağırıb. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, Misirdəki ictimai-siyasi vəziyyətin bir anda gərginləşməsinə H.Mübarəkin 30 il ərzində müxalifətlə hesablaşmaması səbəb olub.
«O, yaxşı insandır, mən onu pis tanımıram. Lakin, göründüyü kimi, artıq getmək vaxtı çatıb», - deyən C.Makkeyn bu bəyanatla bu gün Münhendə işə başlayan beynəlxalq təhlükəsizlik konfransında çıxış edib.
Senator həmçinin qeyd edib ki, Misirin hazırda yeni hakimiyyətə ehtiyacı var: «Misirdə baş verənlər isə inqilabdır».
Qeyd edək ki, yanvarın 25-dən Misirdə 82 yaşlı prezident H.Mübarəkin hakimiyyəti əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. Toqquşmalar nəticəsində azı 300 nəfərin həlak olduğu, 5 minədək insanın isə yaralandığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR