Bank Of Baku

Sabiq iranlı general Reza Madhi: “Əhmədinejad rejimini çökdürmək üçün hansı dayaqları sarsıtmaq lazım olduğunu çox gözəl bilirəm”

Sabiq iranlı general Reza Madhi: “Əhmədinejad rejimini çökdürmək üçün hansı dayaqları sarsıtmaq lazım olduğunu çox gözəl bilirəm”
# 07 fevral 2011 11:14 (UTC +04:00)
Bakı-APA. İran müxalifəti prezident Mahmud Əhmədinejaddan narazı olan elita nümayəndələrini öz tərəfinə çəkmək və küçə aksiyaları olmadan mövcud rejimi devirmək niyyətindədir. APA-nın məlumatına görə, müxalifət nümayəndələri bu planlarını “The Daily Telegraph” qəzetinə açıqlayıblar. İran İslam İnqilabı Mühafizəçiləri Korpusunun sabiq generalı, 2008-ci ildə Avropaya mühacirət etmiş Reza Madhi bildirib ki, rejimi çökdürmək üçün hansı dayaqları sarsıtmaq lazım olduğunu çox gözəl bilir. O, İran elitasının tərkibində kiçik tərəfdaş qruplaşmaları formalaşdırdığını deyib. Reza Madhi İranda rejimin devrilməsi plan üzərində işi sahibkar Əmir Cahançaxi ilə birlikdə aparır. Əmir Cahançaxi bildirib ki, yaxın bir il ərzində müxalifət İran rejimini əsas gəlir mənbəyindən – neft satışından əldə olunan gəlirlərdən məhrum edə bilər. Lakin o bunu hansı yolla edəcəklərinə aydınlıq gətirməyib. Müxalifət nümayəndələri bildiriblər ki, İran elitasının bir hissəsi prezident Əhmədinejadın yürütdüyü sərt kursdan narazıdır və müxalifət bu narazılıqdan yararlanmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR