Bank Of Baku

Bənazir Bhuttonun sabiq prezident Pərviz Müşərrəfin sifarişi ilə qətlə yetirildiyini təsdiqləyən dəlillər ortaya çıxıb

Bənazir Bhuttonun sabiq prezident Pərviz Müşərrəfin sifarişi ilə qətlə yetirildiyini təsdiqləyən dəlillər ortaya çıxıb
# 07 fevral 2011 13:55 (UTC +04:00)
Bakı-APA. Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin adı baş nazir Bənazir Bhuttonun öldürülməsi işi üzrə ittiham olunan şəxslərin siyahısına daxil edilib. APA-nın məlumatına görə, Pərviz Müşərrəfin adı bu siyahıya baş nazirin öldürüldüyü Ravalpindi şəhərinin sabiq polis rəisi Saud Əzizin ifadəsindən sonra daxil edilib. Əzizin sözlərinə görə, Pərviz Müşərrəfin əmri əsasında Bhuttonun mühafizə xidmətinin rəisi dəyişdirilib. Bənazir Bhutto öldürüldükdən sonra isə prezident dəlilləri məhv etmək üçün hadisə baş verən ərazini su ilə yumaq əmri verib. Bu ifadələri onun sabiq müavini Xürrəm Şahzad da təsdiqləyib. Əziz və Şahzadın telefon danışıqlarının lent yazısı məhkəməyə təqdim olunub, lent yazıları prezident Müşərrəfin onlarla qətldən əvvəl və sonra rabitə əlaqəsi yaratdığını təsdiqləyir. Bu dəlillər əsasında məhkəmə Pərviz Müşərrəfin adını ittiham olunan şəxslər siyahısına daxil edib.

Xatırladaq ki, Pakistan Xalq Partiyasına rəhbərlik edən baş nazir Bənazir Bhutto Ravalpindidə tərəfdarları qarşısında çıxış edərkən qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən 5 nəfər saxlanıb, onların Talibanın Pakistan qanadının üzvləri olduğu bildirilir. Lakin Bhuttonun qohumları terror aktını prezident Müşərrəfin təhriki ilə xüsusi xidmət orqanlarının törətdiyini iddia edirlər.

Qeyd edək ki, 199-2008-ci illərdə Pakistanda hakimiyyətdə olan Pərviz Müşərrəf hazırda Londonda yaşayır və məhkəmə istintaqına yardım etməkdən boyun qaçırır. 2010-cu ildə istintaq qrupu Pərviz Müşərrəfə 32 sualdan ibarət sənəd göndərsə də, sabiq prezident sualları cavablandırmaqdan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR