Bank Of Baku

Tailandda iri miqyaslı hərbi təlimlər keçirilir

Tailandda iri miqyaslı hərbi təlimlər keçirilir
# 08 fevral 2011 03:51 (UTC +04:00)
Bakı-APA. Tailandda iri miqyaslı «Kobra Qold 2011» hərbi təlimləri başlayıb. Təlimlərdə 7 ölkədən - ABŞ, Tailand, İndoneziya, Malayziya, Sinqapur, Cənubi Koreya və Yaponiyadan 13 mindən artıq hərbçi iştirak edir. Daha 17 ölkə isə təlimlərə öz müşahidəçilərini göndəriblər. Təlimlər fevralın 18-nədək davam edəcək.

«Kobra Qold» təkcə hərbi təlimlər deyil, bu regional təhlükəsizliyin qorunmasına ciddi töhfədir», deyə ABŞ dəniz piyadalarının 3-cü Ekspedisiya korpusunun komandiri general-leytenant Kennet Qlyuk bildirib. O təlimlərdə 7,5 min ABŞ hərbçisinin iştirak etdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR