Bank Of Baku

İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
# 08 fevral 2011 09:25 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında telefon danışığı olub. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, telefon söhbətində ikitərəfli əlaqələr, eləcə də bölgədə vəziyyət, Orta Şərq və Şimali Afrikada baş verən hadisələr müzakirə edilib.
Ə. Salehi iki ölkə münasibətlərini müsbət qiymətləndirib. Ə. Davudoğlu da İran və Türkiyənin bütün sahələrdə münasibətlərinin daha da inkişaf edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR